- Köhnə - Region
- 10 Noyabr 2012 07:05
- 10 802
Erməni jurnalistlər həyəcan təbili çaldı
"Grakan" qəzetinin Baş redaktoru Karine Kodikyan bildirib ki, hər gün bir kəndli ölkəni tərk edirsə bu faciədir: "Əsas səbəb kütləvi işsizlik və istehsal imkanlarının azlığıdır. Emənilər öz övladlarının gələcəyini bu torpaqlarda görmədiyindən xaricə üz tuturlar".
"Xalq" qəzetinin baş redaktoru Hakob Avetisyan isə, bildirib ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq köçün qarşısı alınmalı və bu problemə son qoyulmalıdır. O həm də müxalifəti bu məsələyə ciddi yanaşmamaqda qınayıb: "Müxalifət köç məsələsindən yalnız hakimiyyətə gəlmək üçün istifadə edir. Heç kim real çözüm təklif etmir".
Avetisyan ölkədən köçənlərin sayının artmasını təkcə sosial şəraitin ağırlığı ilə əlaqələndirməyib: "Yaxşı işi və qazancı olan insanlarda ölkədən çıxırlar. Bu ona görədir ki, onlar ədalət tapa bilmirlər".
Sadiq Musa
AzNews.az