"Türkiyənin paytaxtı Ankara şəhərində terror hadisəsi baş verib. Kızılay Meydanında, Güvənparkda, Atatürk bulvarında, metronun çıxışında partlayış olub. "Türkiyənin paytaxtı Ankara şəhərində terror hadisəsi baş verib. Kızılay Meydanında, Güvənparkda, Atatürk bulvarında, metronun çıxışında partlayış olub.

Türkiyəli məşhurlardan terrora sərt reaksiya: “Artıq yetər“

"Türkiyənin paytaxtı Ankara şəhərində terror hadisəsi baş verib. Kızılay Meydanında, Güvənparkda, Atatürk bulvarında, metronun çıxışında partlayış olub.


Türkiyənin tanınmış simaları 5 nəfərin dünyasını dəyişdiyi deyilən partlayışa biganə qalmayıb. Onlar sosial şəbəkədə terrora sərt reaksiya göstəriblər.

Teleaparıcı Burcu Esmersoy: "Artıq yetər, teror olmasın".

Müğənni Hadisə: "Gözəl ölkəm, səni yenə qana boyadılar. Ankara üçün dua edək".

Aktrisa Nurgül Yeşilçay: "Yenə, yenidən keçmiş olsun".

Müğənni Petek Dinçöz: "Terroru lənətləyirik. Artıq yetər".

Müğənni Fərhat Göçer: "Terroru törədənə, dəstəkləyənə, terror üzərindən siyasət aparana lənət olsun. Bu necə vəhşilik, bu necə canilikdir. Yenə acı, yenə qan, yenə göz yaşı. Allahım bu kabus bitsin".

Müğənni Demet Akalın: " "Biz yaxşıyıq, bizə heç nə olmadı, narahat olmayın" deməyə insan utanır. Çox üzgünüz, Ankara".

Teleaparıcı Ece Erken: "Söylənəcək söz qalmadı. Həlak olan vətəndaşlarımıza rəhmət, yaxınlarına səbr, yaralılara Allahdan şəfa diləyirəm. Başımız sağ olsun".


Musavat.com