İmişli müəllimlərindən 50 manatdan pul yığılır

Rayon təhsil şöbəsi isə deyilənləri əsassız sayır


AzNews.az-a daxil olan məlumata görə, İmişli məktəblərində məktəb direktorları müəllimlərdən 50 manatdan pul yığır. Bildirilir ki, yığılan pullar rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirova çatacaq.

Pul yığma kampaniyası İmişli rayon 1 saylı orta məktəbində başlayıb. Məlumatla bağlı rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov AzNews.az-a açıqlamasında isə bildirib ki, orta məktəblərdə pul yığılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, bu cür məlumatların mətbuata sızdırılması rayon təhsil şöbəsinə və bütövlükdə İmişli rayon təhsil sisteminin fəaliyyətini qaralamaq məqsədi güdür.

İnci

AzNews.az