Türkiyənin paytaxtı Ankaradakı partlayışla əlaqədar ikinci şübhəli terrorçu-intiharçının vətəndaşlığı məlum olub. Türkiyənin paytaxtı Ankaradakı partlayışla əlaqədar ikinci şübhəli terrorçu-intiharçının vətəndaşlığı məlum olub.

Ankara terrorunda iştirak edən qadının adı - Açıqlandı

Türkiyənin paytaxtı Ankaradakı partlayışla əlaqədar ikinci şübhəli terrorçu-intiharçının vətəndaşlığı məlum olub.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

İkinci terrorçunun PKK terror təşkilatının üzvü Türkiyə vətəndaşı olduğu iddia olunur. Artıq Ankaradakı terror aktının törədilməsində iştirak etdiyi güman edilən qadının adı açıqlanıb.

Terrorçu-intiharçının PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmir olduğu ehtimal edilir. Qadının Balıkesir universiteti tələbəsi olduğu bildirilir. Səhər Çağla Dəmir 2013-cü ildən terror təşkilatına qoşulub.


Səhər Çağla Dəmir

Məlumata görə, terror aktı törədilən yerdə PKK terrorçusuna aid olduğu ehtimal edilən barmaq tapılıb. Tapılan barmaq qadına məxsusdur. Partlayışı törətməkdə şübhəli bilinən bir qadın və kişi Ankarada benzin alarkən müşahidə kameralarına düşüblər. İki terrorçunun hadisədən 5 gün öncə şəhərə gəldiyi müəyyən edilib. Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.

Paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb. Ölkənin səhiyyə naziri Mehmet Müezzinoğlunun sözlərinə görə, hazırda xəstəxanalarda 71 yaralı var. Onlardan 15-nin vəziyyəti ağırdır.

Bu, Ankarada son bir ayda baş verən ikinci terror aktıdır. Son dəfə belə hadisə fevral ayının 17-də törədilib.

İçərisində hərbçilər olan avtobusun partladılması nəticəsində 28 nəfər ölüb. Onlarla insan yaralanıb. Ümumiyyətlə isə bu, son 5 ayda paytaxtda törədilən 3-cü terror aktıdır. Ümumilikdə, bu hadisələr nəticəsində 180-ə yaxın insan ölüb. Maraqlıdır ki, hər iki terror hadisəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verib.