ABŞ-ın pilotsuz təyyarəsi İran hava sərhədini pozub

İranın İslam İnqilabçıları Keşikçiləri Korpusunun generalı Hüseyn Salami ABŞ-a məxsus pilotsuz təyyarənin İran sərhədlərini pozması ilə bağlı açıqlama verib.

AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Salami bildirib ki, onların əlində İran sərhədlərinin pozulması ilə bağlı təkzibedilməz faktlar var. "İran beynəlxalq hüquq normalarını çox gözəl bilir. Pilotsuz təyyarə ölkənin hava sərhədini pozmasaydı, atəş də açılmayacaqdı".

Qeyd edək ki, ABŞ İranı pilotsuz təyyarəyə atəş açmaqda günahlandırır və iddia edir ki, pilotsuz təyyarə beynəlxalq ərazilərdə olub.

Sadiq Musa
AzNews.az