- Köhnə - Region
- 12 Noyabr 2012 07:52
- 2 833
İran həbsdəki bloqqerə işgəncə vermədiyini açıqladı
Trend-in məlumatına görə, bu barədə ölkə parlamentinin rəsmi saytı xəbər verir. Borucərdinin sözlərinə görə, təhqiqat göstərib ki, həbsdə olduğu müddətdə Behiştinin üzərində heç bir fiziki zorakılıq izləri aşkar olunmayıb. Səttar Behişti oktyabrın 30-da öz evində həbs edilib.
Beynəlxalq hüquq mühafizə təşkilatı "Amnesty International"ın məlumatına görə, bir həftə əvvəl antihökumət bloqunun yaradıcısı işgəncə nəticəsində həbsxanada dünyasını dəyişib. Bununla əlaqədar İran parlamenti təhqiqatlara başlayıb.
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Laricani müvafiq strukturları bloqqerin ölümünün səbəblərini aydınlaşdırmaq üçün ciddi təhqiqat aparmağa çağırıb.
Parlamentin vitse-prezidenti Məhəmməd Həsən Əbu Torabi Fard ötən həftə bəyan edib ki, parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyası insidentin araşdırılması üçün İstintaq Komitəsi yaradıb.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton bazar günü Behiştinin ölümü ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib və İranı bu hadisə ilə bağlı dəqiq araşdırma aparmağa çağırıb.
AzNews.az