Ukrayna müxalifəti etiraz aksiyalarına hazırlaşır

Müxalifət səslərinin oğurlandığını iddia edir



Ukraynanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, Ali Radaya 445 parlamentari seçilib. Müxalifət isə iddia edir ki, onların səsləri oğurlanıb. Ukrayna MSK-nın məlumatına görə, liderliyi 185 mandatla "Regionlar" partiyası əldə saxlayıb.

"Batkivşina" partiyası 101, "Zərbə" 40, "Azadlıq" partiyası isə 37 yer alıb. Digər partiyalar isə nisbətən daha az mandatla kifayətlənməli olub.

Ukaryana Birləşmiş Müxalifəti isə 101 mandat almasına baxamayaraq seçkilərin nəticəsini tanımayacağını açıqlayıb və parlamenti legitim hesab etmədiklərini bildiriblər.

Sadiq Musa
AzNews.az