Nazirin gizli sevgilisi üzə çıxdı

Polis qadının evinə basqın edərkən nazir də orada olub



Keçən həftə istefaya göndərilən Müdafiə naziri Anatoli Serdyukovun gizli sevgilisinin olması ilə bağlı məlumat ortaya çıxıb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 1 ay əvvəl polis gənc qızın evinə basqın edərkən nazir də orada olub.

Qadınla nazir arasında sevgi münasibətləri ilə yanaşı işgüzar əlaqələrin də olduğu iddia edilir. Basqın zamanı Vasilyeva soyadlı həmin gənc xanımın evindən 1 milyon dollar dəyərində zinət əşyaları və nəğd pul aşkarlanıb. Ehtimal edilir ki, nazirin fırıldaq əməliyyatlarında həmin qadın da iştirak edib.

Sadiq Musa
AzNews.az