İvanişvili ilk xarici səfərini Belçikaya etdi

Gürcüstanın yeni seçilmiş Baş naziri Bidzina İvanişvili bu postda ilk xarici səfərini gerçəkləşdirib. AzNews.az-ın bu ölkə mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvili Belçikaya səfər edib.

Onun işgüzar səfər çərçivəsində Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo, Avropa Birliyinin Genişləndirilməsi üzrə ali komissarı Ştefan Füle və digər vəzifəli şəxslərlə görüşəcəyi bildirilir. Bundan əlavə Ivani.vilinin Belçikadakı gürcü diasporu ilə də görüşəcəyi gələn xəbərlər arasındadır.

Qeyd edək ki, İvanişvilnin ilk xarici səfəri həm yerli həm də xarici mətbuat tərəfindən ciddi izlənilirdi. İlk olaraq onu ABŞ-a səfər edəcəyi ilə bağlı məlumat yayılsa da, daha sonra təkzib olundu.

ABŞ-da prezident seçkiləri ilə əlaqədar Vaşinqton səfərinin təxirə salındığı və İvanişvilinin Avropaya gedəcəyi bildirildi. Azərbaycan da ilk səfər ediləcək ölkələrin siyahısında idi.

Sadiq Musa
AzNews.az