- Köhnə - Region
- 12 Noyabr 2012 12:07
- 2 931
Saakşvilinin istefası tələb olundu

QHT rəhbəri Mixail Andquladce bildirib ki, onlar prezidentin imza toplama aksiyasını ölkənin dörd bir yanında həyata keçirəcəklər. Artıq təşəbbüsə Gürcüstanın mədəniyyət xadimləri də qoşulmağa başlayıb. Onların arasında məşhur yazıçı Cansuq Çarkviani və Çabua Amiredjibi, rejissor Rezo Çxeidce kimi insanlar var.
Qeyd edək ki, Gürcüstan konstitusiyasına edilən dəyişikliyə əsasən prezidentin səlahiyyət müddəti daha da uzandı və 2013-cü ilin yanvarında bitməli olduğu halda oktyabrda tamamlanacaq.
Sadiq Musa
AzNews.az