Poti limanının bağlanması Ermənistana ziyan vurur

Ermənilər yük daşımalarında əsasən bu limandan istifadə edirlər



Gürcüstanın Poti limanı ətrafında yaranmış vəziyyət ermənistana ziyan vurur. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, artıq limanda Ermənistana məxsus heç bir yük qalmayıb. Bu barədə, məlumatı Poti limanında yük daşımaları ilə məşğul olan "Avapen" şirkətinin rəhbəri qaqik Ağacanyan bildirib.

Onun sözlərinə görə, lmanda yaranmış vəziyyət yoluna qoyulmasa erməni iş adamları konteynerləri Batumi limanına daşımalı olacaqlar. O, həmçinin əlavə edib ki, konteynerlərin Batumiyə daşınması əlavə xərc tələb etdiyindən iş adamlarına sərf etmir.

Qeyd edək ki, Poti limanının bağlanmasına səbəb işçilərin etiraz etməsidir. Məsələ ətarafında yaranmış vəziyyət hələ ki, yoluna qoymayıb.

Sadiq Musa
AzNews.az