- Köhnə - Region
- 15 Noyabr 2012 09:21
- 2 526
Gürcüstanda həbslər davam edir

Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı saxlanılıb
Gürcüstan Baş Prokurorluğunda aparılan dindirmələrdən sonra Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan şəxslər saxlanılıb. AzNews.az-ın newsgeorgia.ru saytına istinadən verdiyi xəbərə görə, yaxın vaxtlarda prokurorluq kimlərin və hansı səbəbdən saxlanılması ilə bağlı açıqlama verəcək.
Gürcü mətbuatının yazdığına görə, hazırda Levan Kardava və Qeorqi Kavelaşvili həbs edilib. Onlar vəzifə səlahiyyətlərini aşmaqda, özgə əmlakına zərər vurmaqda və qanunsuz azadlıqdan məhrumetmədə ittiham olunur.
Saxlanılan şəxslərin vəkilləri isə bildiriblər ki, onların müvəkkilləri bütün suallara cavab veriblər və hazırda izolyatorda saxlanılırlar.
Qeyd edək ki, İvanişvili Saakaşvilinin komandasında yüksək post tutmuş insanlara qarşı belə desək "səlib yürüşü"nə başlayıb. Ehtimal edilir ki, həbslər bununla yekunlaşmayacaq.
Sadiq Musa
AzNews.az