- Köhnə - Region
 - 24 Aprel 2016 20:59
 - 6 330
 
Türkiyədə məscidə mərmi düşüb - 1 ölü, 10 yaralı
            Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki məscidlərdən birinə qumbaraatan mərmisi düşüb.
Hadisə yerli vaxtla saat 18.10-da baş verib.
Suriya istiqamətindən, İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılan mərminin partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
APA