- Köhnə - Region
- 3 May 2016 15:50
- 8 798
Rusiyada vertolyot qəzaya düşdü - İçində biznesmenlər olub (Fotolar + Yenilənib)
Rusiyada qəzaya uğrayan vertolyotun göyərtəsində biznesmenlər olub.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, qəzaya uğrayan "Robinson-44" vertolyotunun sərnişinləri 59 yaşlı V.Slyadnev və 70 yaşlı N.Tonçuk adlı sahibkarlar olub. Məlumata görə, Sladyev tikinti işləri ilə məşğul olan "Ruskiy dom"un rəhbəri və "Dalstoyqrad"ın baş direktoru olub.
N.Tonçuk isə "Yelizovskiy karyer" və "Kamçatskstoy materiallar"a rəhbərlik edib. İlkin ehtimallara əsasən, vertolyot məhz Tonçuka məxsusdur. Sahibkar vertolyotu arvadının adına qeydiyyatdan keçirib.

N.Tonçuk
Hazırda istintaq orqanları "Robinson"un hansı məqsədlə və hara getdiyini araşdırır. Məlumata görə, 35 yaşlı pilot S.Krasnovun uçuş üçün icazəsi olub. Qəzaya pilotun səhvinin səbəb olduğu ehtimal edilir.
***
11:41
Rusiyada vertolyot qəzaya uğrayıb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, "Robinson-44" özəl vertolyotunun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
"Qəza yerində üç nəfərin cəsədi aşkarlanıb. Axtarışlar davam etdirilir", -deyə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin verdiyi açıqlamada o da qeyd olunur ki, bu tip vertolyotlar 4 nəfər üçün nəzərdə tutulub.
Hazırda vertolyotun kimə məxsus olduğu müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu yaxınlarda daha bir Rusiya vertolyotu qəzaya uğramışdı.




Aydan Axundova