Səbəb İvanişvili hakimiyyətidir Səbəb İvanişvili hakimiyyətidir

Gürcüstan Türkiyə ilə hərbi müqaviləni ləğv edir

Səbəb İvanişvili hakimiyyətidir



Türkiyənin 2016-cı ildə kütləvi istehsalına başlayacağı "Altay" tankları ilə bağlı Gürcüstan və Türkiyə arasında qalmaqal yaranıb. Gürcüstan Müdafiə Nazirliyindən Türkiyə mediasına verilən məlumata görə, İvanişvili hakimiyyəti "Altay" tanklarının qiymətinin digər ölkələrin istehsal etdiyi tanklara nisbətən baha olmasını əsas gətirərək onların alınmasından imtina etmək niyyətindədir.

Verilən məlumata görə, ilk mərhələdə 250 ədəd istehsal ediləcək tankın 30-40 ədədi Gürcüstana satılmalı idi. Bundan əlavə, məlumatda vurğulanır ki, tərəflər arasında gizli razılaşma Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Gürcüstan səfərində əldə olunmuşdu. Ancaq Gürcüstanda Rusiyanın adamı kimi tanınan İvanişvilinin hakimiyyətə gəlməsi vəziyyəti dəyişib. Yeni hökumət Saakaşvili dönəmində əldə olunan gizli razılaşmanı və imzalanan protokolu rəfə qaldırmaq niyyətindədir. Adının açıqlanmasını istəməyən gürcü hərbiçisi bildirib ki, İvanişvili bu hərbi anlaşmanın reallaşdırılmasında maraqlı deyil.

Qeyd edək ki, Qazaxıstan, Tacikistan və Azərbaycan da "Altay" tanklarının alınması ilə hərbi arsenalını gücləndirmək niyyətindədir.

Sadiq Musa
AzNews.az