Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) mayın 6-da agentlik tərəfindən Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) mayın 6-da agentlik tərəfindən Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

Tərtər, Ağdam və Füzulidə aşkarlanan partlamamış hərbi sursatlar barədə - Hesabat

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) mayın 6-da agentlik tərəfindən Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.


ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Qarağacı, Hacıqərvənd və Qaynaq kəndlərində 5 ev və həyətyanı sahədə, 1 əkin sahəsində 10 partlayış yeri aşkar edilib və 23 min 250 kvadratmetr ərazi təmizlənib.

Füzuli rayonu Şükürbəyli kəndində iki əkin sahəsində 2 partlayış yeri aşkar olunub və 430 kvadratmetr ərazi təmizlənib.

Ağdam rayonunun Qaradağlı kəndində 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 7 min kvadratmetr ərazi təmizlənib.

Mayın 6-da agentlik tərəfindən 8 ev, 3 əkin sahəsi, 15 partlayış yeri yoxlanılıb, 30 min 680 kvadratmetr ərazi təmizlənib.

Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən mayın 6-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 1414 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Azərtac.az