Rusiya prezidenti Valdimir Putin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksinin nümayəndələri ilə silsilə müşavirələr keçirəcək. Rusiya prezidenti Valdimir Putin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksinin nümayəndələri ilə silsilə müşavirələr keçirəcək.

Putin generalları toplayır

Rusiya prezidenti Valdimir Putin Soçidə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Kompleksinin nümayəndələri ilə silsilə müşavirələr keçirəcək.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident bu gündən etibarən Soçidə işləyir. Bu gün Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksinin rəhbərliyi ilə növbəti – sayca yeddinci silsilə müşavirələr başlayacaq. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, prezidentin burada hərbi rəhbərlər və MSK istehsalatçıları ilə görüşməsi yaxşı təcrübədir. Çünki burada paytaxtın gündəlik qrafikinə diqqət yayındırmadan silahlı qüvvələrin işkişafı, Müdafiə Səneyesi Kompleksinin təkmilləşdirilməsi məsələlərilə məşğul olmaq, cari problemləri üzə çıxarıb, onların həll yolunu tapmaq üzərində çalışmaq mümkündür", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, silsilə müşavirələrin yekunu cümə günü keçiriləcək.

Aydan AXUNDOVA