- Köhnə - Region
- 17 May 2016 21:25
- 4 937
İŞİD bütün region üçün təhdiddir - Türkiyə XİN

Türkiyə Suriyada yerüstü hərbi əməliyyatlara başlamağı planlaşdırmır.
AzNews.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, Türkiyə İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın bir hissəsidir və bütün əməliyyatlar yalnız koalisiya çərçivəsində aparılır.
XİN-dən bildiriblər ki, Türkiyə İŞİD ilə mübarizə çərçivəsində beynəlxalq koalisiyaya özünün İncirlik hərbi aviabazasını təqdim edib: "Türkiyə Silahlı Qüvvələri ölkəmizin ərazilərinə açılan atəşlərə cavab olaraq, İŞİD döyüşçülərinin mövqelərinə dəqiq zərbələr endirir".
Həmçinin qeyd olunub ki, İŞİD nəinki Türkiyə, bütün region üçün təhdiddir.