Ermənistanın "Eurovision-2016" mahnı müsabiqəsindəki təmsilçisi İveta Mukuçyan ölkəsində soyuq qarşılanıb. Ermənistanın "Eurovision-2016" mahnı müsabiqəsindəki təmsilçisi İveta Mukuçyan ölkəsində soyuq qarşılanıb.

“Eurovision”dakı təxribatçı erməni müğənnini ölkəsində saymadılar - Video

Ermənistanın "Eurovision-2016" mahnı müsabiqəsindəki təmsilçisi İveta Mukuçyan ölkəsində soyuq qarşılanıb.


AzNews.az xəbər verir ki, İ.Mukuçyanı Ermənistanın hava limanında 10-15 nəfərdən ibarət qrup qarşılayıb. Həmin şəxslərin də müğənninin yaxın qohumları olduğu bildirilir.

Müğənnini qarşılmağa az adamın gəlməsi isə onun yarışmada qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırması göstərilir. Onun bu addımının ölkə əhalisi tərəfindən birmənalı qarşılanmadığı bildirilir.

Qeyd edək ki, "Eurovision 2016" mahnı müsabiqəsinin İsveçin Stokholm şəhərində keçirilib. Ermənistan təmsilçisi İ. Mukuçyan 249 balla 7-ci yeri tutub. O, müsabiqə zamanı yarışmada qadağan olunduğu halda qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırıb. Ölkəsinə döndüyü zaman da sözügedən bayrqa əlində olub.



AzNews.az