- Köhnə - Region
- 31 May 2016 11:19
- 10 797
Erməni general və 2 polkovnik həbs edildi
Ermənistan Müdafiə Nazirliyinin 3 yüksək rütbəli hərbçisi saxlanılıb.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi təsdiqləyib. Məlumata görə, saxlanılanlar Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin sabiq rəisi, general-mayor Mels Çilinqaryan və polkovniklər Armen Marqaryanla Mqer Papyandır.
Xatırladaq ki, mayın 20-də Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Çilinqaryan vəzifəsindən azad edilmişdi.
Aydan AXUNDOVA