Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib. Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib.

İki gün əvvəl həbs olunan erməni general xəstəxanalıq oldu

Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, iyunun 3-də İrəvan məhkəməsi mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.

Bildirilir ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək ordunun ehtiyacları üçün müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.


APA .az