- Köhnə - Region
- 19 İyun 2016 17:55
- 7 968
10 azyaşlı faciəli şəkildə öldü - Rusiyada
Rusiyanın Kareliya respublikasında Syamozero gölündə 10 uşaq həlak olub.
Yerli hüquq-mühafizə orqanları ölənlərin 12-15 yaşlı uşaqların olduğu bildirir. Onlar gəmi ilə göldən keçməyə cəhd edərkən suya düşüblər. Daha 3 nəfər itkin düşüb. Ölənlər Moskva və Sankt-Peterburqdan olublar.
Daha əvvəl respublikanın Pryajinski rayonunda 48 nəfərdən ibarət turist qrupunun yoxa çıxması haqda məlumat yayılmışdı. Məlumata görə, onlardan 40-ı azyaşlı olub. Turistlər gölü gəmi ilə keçmək istəyiblər, lakin əlverişsiz hava şəraiti səbəbindən gəmilərdən biri aşıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Anspress.com