Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Çavuşoğlu Lavrovla görüşəcək

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.


Bu barədə "Reuters" Türkiyə prezidentinin nümayəndəsinə istinadən xəbər yayıb.

Bundan əvvəl Mövlud Çavuşoğlunun Rusiyanın iyulun 1-də Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) XİN rəhbərləri Şurasının toplantısında iştirak edəcəyi barədə məlumat yayılmışdı.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Sergey Lavrovun QDİƏT tədbiri çərçivəsində türkiyəli həmkarı ilə görüşünün mümkünlüyü nəzərdən keçirilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün 2015-ci ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına görə rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq edib.

Apa.az