Türkiyənin İstanbul şəhərində Atatürk Hava limanında terror olub. Türkiyənin İstanbul şəhərində Atatürk Hava limanında terror olub.

Atatürk hava limanında ard-arda partlayışlar: Ölü sayı 42-yə çatdı + Fotolar +Video (Yenilənib)

Türkiyənin İstanbul şəhərində Atatürk Hava limanında terror olub.


AzNews.az Hürriyyət qəzetinə istinadən xəbər verir ki, hadisənin xarici reyslər terminalında baş verdiyi bildirilir. İddiaya görə, hava limanında ard-arda 2 partlayış olub.

Atatürk Hava limanına giriş-çıxış bağlanıb.

***

Doğan Xəbər Agentliyinin məlumatına görə, hadisə nəticəsində 1-dən çox insan ölüb.

23:33
***


Terror nəticəsində çox sayda yaralıların olduğu bildirilir. Məlumata görə, yaralılar Bakırköy Dövlət Xəstəxanasına çatdırılıb.

Hava limanından uçuşlar dayandırılıb.

23:48
***


AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanındakı partlayışları terrorçulardan ibarət iki qrup həyata keçirib.

Partlayışlar nəticəsində xeyli sayda insanın yaralandığı bildirilir. Məlumata görə, xəstəxanalara 40-dan artıq yaralı aparılıb.

Hava limanında həmçinin atəş səsləri də eşidilib.

23:54
***


İstanbulun "Atatürk" beynəlxalq hava limanında partlayış və atışma nəticəsində, 10 nəfər həlak olub. Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ

23:59
***


AzNews.az xəbər verir ki, İstanbul valisi Şahin Tgrt Haber-ə ölənlərin sayının 28-ə çatdığını bildirib.

01:11
***


İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

Bunu İstanbulda hadisə yerinə gələn baş nazir Binəli Yıldırım deyib.

Bundan əvvəl ədliyyə naziri Bəkir Bozdaq bildirib ki, terrorçu avtomat silahla ətrafdakılara atəş açıb, sonra isə üzərindəki partladıcı qurğunu işə salaraq partladıb.

NTV telekanalının məlumatına görə, hadisə şahidləri 4 silahlı şəxsin terminaldan çıxaraq qaçdığını görüblər.

07:53
***


İstanbul Atatürk hava limanında baş verən terror hadisəsində ölənlərin sayı 41-ə çatıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyi açıqlama yayıb. Valiliyin bildirdiyinə görə, yaralı 239 nəfərdən 109-u evə buraxılıb.

14:23
***


Ötən gecə İstanbulun Atatürk hava limanında törədilən terror aktında yaralanan şəxslərdən daha biri dünyasını dəyişib.

Bununla da terror aktında həyatını itirənlərin sayı 42 nəfərə çatıb. Son məlumata görə, yaralıların sayı isə 238 nəfərdir.

İstanbul valiliyinin açıqladığı məlumata görə, ölənlərdən 13 nəfəri əcnəbi vətəndaşdır.