Türkiyənin Mardin rayonunda terror aktı törədilib. Türkiyənin Mardin rayonunda terror aktı törədilib.

Türkiyədə daha bir terror - Ölən və yaralananlar var

Türkiyənin Mardin rayonunda terror aktı törədilib.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, hərbi zirehli maşın yolu keçərkən PKK silahlıları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıblar. Güclü partlayış nəticəsində 2 əsgər şəhid olub, 3 əsgər isə yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibi yardım maşınları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Polis hücumu təşkil edən terrorçuları ələ keçirmək üçün ərazidə geniş miqyaslı əməliyyata başlayıb.

Aydan AXUNDOVA