- Köhnə - Region
- 30 İyun 2016 09:59
- 25 000
Atatürk hava limanını partladanların - Milliyəti + Fotoları
Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında terror aktı törədənlərin milliyəti bəlli olub.
AzNews.az xəbər verir ki, hava limanında partlayış törədən canlı bombaların fotolarını "Milliyet" əldə edib. Fotolara əsasən, terrorçuların Tacikistan vətəndaşları olduğu məlum olub.

Taksi ilə hava limanına gələn və bir polisə atəş açmaqla hücuma başlayan terrorçuların şəxsiyyəti hələki müəyyən olunmayıb.
Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 canlı bomba tərəfindən terror aktı törədilib. Ard-arda baş verən 3 partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.
Aydan AXUNDOVA