Türkiyədə Fetullah Gülənin terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatda yeni saxlanılanlar var. Türkiyədə Fetullah Gülənin terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatda yeni saxlanılanlar var.

Gülənçilərə qarşı əməliyyat - Admiral və mayorlar saxlanıldı

Türkiyədə Fetullah Gülənin terror qruplaşmasına qarşı həyata keçirilən əməliyyatda yeni saxlanılanlar var.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğunun "hərbi cəsusluq" cinayət işi ilə bağlı apardığı istintaq nəticəsində 10 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Dəniz Qüvvələri Komandanlığında vəzifə daşıyan admiral və mayorların da olduğu bildirilir. Məlumata görə, barələrində saxlanma qərarı verilən 6 hərbçidən mayor A.Ö İstanbulda saxlanılaraq İzmirə aparılıb və məhkəməyə çıxarılıb.

2 admiral və 3 mayor isə arayış təqdim etdiklərinə görə barələrindəki saxlanma qərarı həyata keçirilməyib.

Aydan AXUNDOVA