- Köhnə - Region
- 11 İyul 2016 16:55
- 13 643
Nazirliklər 5 aya çiçək və şokolada 63 milyon xərcləyib - Şok rəqəmlər
Türkiyədə nazirliklərin və dövlət qurumlarının 5 aylıq təmsil və təbliğat xərclərinin miqdarı açıqlanıb.
AzNews.az xəbər verir ki, Sözcü qəzetinin Başak Kaya adlı müxbiri Maliyyə Nazirliyinin məlumatlarına əsasən hesablama aparıb. Məlum olub ki, qurumlar təqdimat xərci adı altında tort, şokolad, çiçək üçün 6 aya 63 milyon lirə (34,5 milyon manat) xərcləyib.

Həmin hesablamalara görə, vətəndaşdan toplanan vergilər cəmiyyətin "təmsil və tanıtma" xərcləri adı altında hər keçən il daha çox sərf olunur. Belə ki, bu ilin ilk 5 ayında xərclənən pul 63 milyon lirəyə çatıb.
Məlumata görə, xərcləmə mövqe sahibi və ya səlahiyyətli şəxslərin istəyilə həyata keçirilir. Nazirliklərin təşkil etdikləri tədbirlərə gələn rəsmi qonaqların Türkiyədə qalma və digər xərcləri dəvətəndaşın "cibindən çıxır". Bundan başqa, qurumlar adından təqdim edilən hədiyyələr, bəxşişlər, dəfn mərasimlərinə göndərilən əklillər də dövlətin büdcəsindən qarşılanır.
2 nazir rekord qırdı
Gömrük və ticarət naziri Bülənt Tüfenkçi iqtisadiyyat Naziri Nihat Zeybekçi xərclərilə daha çox diqqət çəkib.
Belə ki, Gömrük və ticarət naziri Bülənt Tüfenkçi 2011-ci ildən bu il may ayına qədər keçən müddətdə 7,1 milyon lirəlik, iqtisadiyyat naziri Nihat Zeybekçi 2016-cı ilin ilk beş ayında 4,4 milyon lirəlik xərcləmə edib.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun isə 2014-2015-ci illərdə 261 min 917 lirəlik tort və gül aldığı açıqlanıb.
Maliyyə naziri Naci Ağbal 2014-2015-ci illərdə 158 min 876 lirə, meşə və su işləri naziri İbrahim Ağayev 2015-ci ildə 318 min 559 lirə təmsil və təbliğat adıyla xərc ödəyib.
Aydan AXUNDOVA