- Köhnə - Region
- 16 İyul 2016 13:44
- 10 254
Çevriliş cəhdinə görə ölənlərin sayı 161-ə çatdı - Yenilənib 2
Türkiyədə hərbi çevriliş cəhdi nəticəsində çox sayda insan həlak olub.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bir qrup əsgərin İstanbul və Ankarada həyata keçirdiyi hücum nəticəsində 60 nəfər mülki vətəndaş vəfat edib.
Qeyd edək ki, dünən axşam saatlarından etibarən Türkiyədə hərbçilərin hücumu başlayıb. Ölkədə hərbi çevrilişə cəhd edilib.
10:06
***
Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 90 nəfərə yüksəlib.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində1154 nəfər yaralanıb.
11:04
***
Türkiyədə baş verən çevriliş cəhdi nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.
AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş naziri Binali Yıldırım məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində 1440 nəfər yaralanıb.
Aydan AXUNDOVA