Türkiyə Silahlı Qüvvələrinin polkovik-leytenantı uğursuz hərbi çevrilişdən sonra intihar edib. Türkiyə Silahlı Qüvvələrinin polkovik-leytenantı uğursuz hərbi çevrilişdən sonra intihar edib.

Ərdoğana sadiq polkovnik özünü başından güllələdi

Türkiyə Silahlı Qüvvələrinin polkovik-leytenantı uğursuz hərbi çevrilişdən sonra intihar edib.


Bu barədə Haber Turk qəzeti yazır.

Levent Öndərin cəsədi Türkiyənin cənub-şərqində, Siirt vilayətində yaşadığı evdə tapılıb.

"Qiyamdan sonra zabit depressiyaya düşmüşdür. O, qiyamçıların planlarının qarşısını ala bilməməsində özünü günahkar hesab edirdi", - vilayət prokurorluğunun məlumatında bildirilir.

Nəşr qeyd edir ki, 3-cü Desant Briqada Komandanlığının qərargah rəisinin müavini, polkovnik-leytenant Levent Öndər bu gün səhər saatlarında şəxsi tapançasından atəş açaraq özünü öldürüb.


Oxu.Az