Dünən saat 19:30-dan başlayaraq Zaqatala və Balakən rayonlarında güclü küləklə müşaiyət olunan yağış yağıb. Dünən saat 19:30-dan başlayaraq Zaqatala və Balakən rayonlarında güclü küləklə müşaiyət olunan yağış yağıb.

Yağış Zaqatala və Balakəni vurdu - Ağaclar, elektrik dirəkləri aşdı

Dünən saat 19:30-dan başlayaraq Zaqatala və Balakən rayonlarında güclü küləklə müşaiyət olunan yağış yağıb.


AzNews.az Region TV-ə istinadən xəbər verir ki, təxminən yarım saat ərzində davam edən yağış hər iki rayonda da ciddi fəsadlar törədib.

Bəzi ərazilərdə ağaclar və elektrik dirəkləri aşıb. Yaşayış yerləri və inzibati binaların dam örtüyü uçub. Güclü külək həmçinin Balakən rayon Mərkəzi xəstəxanasının dam örtüyünü də uçurub. Təsərrüfat sahələrinə, xüsusilə də arıçılıq təsərrüfatına ciddi ziyan dəyib.
Bölgədə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda ərazidə güclü külək müşahidə olunur.