Erməni hərbi qulluqçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb. Erməni hərbi qulluqçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb.

Erməni əsgər cəbhədə yaralandı - Yenilənib

Erməni hərbi qulluqçu Ermənistan ordusunda hökm sürən özbaşınalıq nəticəsində yaralanıb.


Azərbaycan Müdafiə Nazirliyindən AzNews.az-a bildiriblər ki, Ermənistan KİV-in iyulun 23-nə keçən gecə, saat 00:10-da guya Azərbaycan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində erməni hərbi qulluqçusu Mqer Çiloyanın yaralanması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə riayət etməklə cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.

M.Çiloyanın yaralanmasının Ermənistan ordusunda hökm sürən özbaşınalıqlar və nizamnamədən kənar münasibətlər səbəbindən baş verməsi şübhə doğurmur.


***
11:16

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində 1991-ci il təvəllüdlü müqavilə ilə hərbi xidmətdə olan erməni əsgər Mger Çiloyan yaralanıb.

Aydan AXUNDOVA