Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan 4 bələdiyyə sədri partiyadan çıxarılıb. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan 4 bələdiyyə sədri partiyadan çıxarılıb.

FETÖ dalğası hakim partiyanı da vurdu – 4 bələdiyyə sədri AKP-dən çıxarıldı

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan 4 bələdiyyə sədri partiyadan çıxarılıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə AKP sədrinin köməkçisi Yasin Aktay məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərin partiyadan uzaqlaşdırılmasına səbəb onların Fətullah Gülənə yaxın olmaları olub.

FETÖ ilə əlaqəli olduğu müəyyən edilən bələdiyyə sədrlərinin adları da açıqlanıb: Ərzurum Aşkale bələdiyyə sədri Enver Başaran, Girəsun Çamoluk bələdiyyə sədri Savaş Akarçeşme, Konya Ilgın bələdiyyə sədri Halil İbrahim Oral, Nevşehir mərkəzə bağlı Nar Belde bələdiyyə sədri Ali Erdoğmuş.

Xatırladaq ki, bu il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Hərbi çevrilişin Fətullah Gülən tərəfindən təşkil edildiyi bildirilir. Bundan sonra Türkiyədə Gülən tərəfdarlarına qarşı geniş əməliyyat başladılıb.

Aydan AXUNDOVA