Rusiyanın müdafiə naziri Sərkisyanla görüşdü

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası başlayır





Yerevan səfərinə çıxan Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gəlib. Yanvarın 28-i axşam saatlarında keçirilən görüşdə iki ölkənin strateji müttəfiqlik münasibətlərinin güclənməsinin zəruri olduğu vurğulanıb, hərbi və hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub. Məlumatı "Newsaermenia.ru" saytı yayıb.

Yanvarın 29-da isə Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyası iclas keçirir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi bu iclasa görə Ermənistana səfər edib. İclasda Ermənistan ərazisində zirehli texnika, mühəndis texnikası, hava hücumundan müdafiə sistemləri və "Mİ" markalı vertolyotların təmiri üçün müəssisələr yaradılması məsələsi müzakirə olunacaq.

AzNews.az