Səid Məhəmməd Bokiri Xərrozi: “Prezident seçilsəm, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam” Səid Məhəmməd Bokiri Xərrozi: “Prezident seçilsəm, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam”

İranlı ayətullah Azərbaycana ərazi iddiası irəli sürdü

Səid Məhəmməd Bokiri Xərrozi: “Prezident seçilsəm, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam”



"Əgər mən prezident olsam, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam". APA-nın İran saytlarına istinadən verdiyi məlumata görə, bu sözləri bu il iyun ayında baş tutacaq prezident seçkilərində öz namizədliyini irəli sürmək niyyətində olan ayətullah Səid Məhəmməd Bokiri Xərrozi deyib.

Onun sözlərinə görə, İrandan ayrılmış torpaqların qaytarılması onun seçkiqabağı kampaniyasının əsas proqramı olacaq: "Mən bu torpaqları heç bir damla qan tökmədən qaytaracağam. Mən prezident seçilsəm, İrana qarşı tətbiq olunan bütün sanksiyaları aradan qaldıracam".

Səid Məhəmməd Bokiri Xərrozi əlavə edib ki, onu xalq arasında az tanısalar da, bunu xüsusi taktikanın bir hissəsi kimi təqdim edib.

Qeyd edək ki, Səid Məhəmməd Bokiri Xərrozi İranın "Hizbullah" təşkilatın baş katibidir.

AzNews.az