“İrs” partiyasının lideri insanlara qarşı zorakılığa əl atılmasına imkan verməyəcəyini deyib “İrs” partiyasının lideri insanlara qarşı zorakılığa əl atılmasına imkan verməyəcəyini deyib

Ermənistan mitinq ab-havasında- VİDEO

“İrs” partiyasının lideri insanlara qarşı zorakılığa əl atılmasına imkan verməyəcəyini deyib



Bu gün Ermənistan prezidentliyinə keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Ovanisyanın tərəfdarları Ermənistanın bölgələrində mitinqlər keçirəcək. Bura ilk növbədə "İrs" partiyasının ən çox səs qazandığı Aştarak, Vanadzor və Gümri şəhərləri aiddir. Sabah saat 15:00-da isə etirazçılar yenidən paytaxt İrəvanın Azadlıq meydanında toplaşacaqlar.

Qeyd edək ki, inqilabın başladığını və mitinqlərin bütün şəhər və qəsəbələrdə keçiriləcəyini Raffi Ovanessan ötən gün İrəvanın mərkəzində Azadlıq meydanında keçirilən etirazçılar qarşısında çıxışı zamanı bəyan etmişdi. Ovanesyan hərakatın dinc xarakter daşıyacağını insanlara qarşı zorakılığa əl atılmasına imkan verməyəcəyini söləmişdi.
Onun tərəfdarları Azadlıq meydanında baş tutan mitinqdən sonra İrəvan küçələri ilə yürüşə cəhd göstərsələr də, hüquq mühafizə orqanları əməkdaşları buna imkan verməmişdi.

Ötən gün keçirilən mitinqdə Raffi Ovanisyanın 8000-ə yaxın tərəfdarı iştirak edib. Aksiya iştirakçıları Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın yenidən prezident seçilməsinə etirazlarını bildiriblər.




AzNews.az