Surqutda həmyerlilərimizə qarşı daha bir təhqiramiz hərəkət Surqutda həmyerlilərimizə qarşı daha bir təhqiramiz hərəkət

Rusiyada azərbaycanlı dindarların saqqalını yoldular

Surqutda həmyerlilərimizə qarşı daha bir təhqiramiz hərəkət




Surqutda Azərbaycan, Tacikistan, Özbəkistan və Qazaxıstandan olan dindarlara qarşı təhqiramiz hərəkət baş verib. Surqut televiziyasının məlumatına görə, OMON üzvləri "Halal" çayxanasına əllərində avtomat daxil olaraq oradakı müsəlmanları təhqir edib. OMON-çulardan biri soydaşlarımız da daxil olmaqla digər dindarları dizləri üstə çökdürüb, axtarış aparıb və saqqallarını yolmağı tələb edib.

"Mənə dedilər ki, ya saqqalını yol, ya da biz onu alışqanla yandıracağıq" deyə dindarlardan biri bildirib. Çayxanada olan 3 müsəlman polislərin tələbi qarşısında saqqalını qırxmağa məcbur olub. OMON-çular dindarları səhərə qədər ayaq üstə saxlayaraq ancaq səhər saatlarında sərbəst buraxıblar.

Hələlik OMON-un hansı əsaslarla çayxanaya hücum etməsi bəlli deyil. Ancaq hücum edən əli avtomatlıların 15 nəfər olduğu və 4 maşında hərəkət etdiyi bildirilir. Surqut polisinin rəisi Aleksandr Eroxov hadisəyə görə üzr istəsə də, müsəlmanlar bununla razılaşmır, günahkarların cəzalandırılmasını tələb edirlər.

Elnarə Əlosmanqızı
AzNews.az