“Əhmədinejat naliyyətləri məhv edib“

Ölkədə hazırda hakimiyyətdə olan prezident Mahmud Əhmədinejad İran İslam Respublikasının üç onillik ərzində əldə etdiyi naliyyətləri məhv edib



Trend-in məlumatına görə, bu barədə "İLNA" agentliyi İranın Məqsədəuyğunluq Şurasının rəhbəri, ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin çıxışına istinadən məlumat yayıb.
Rəfsəncani İran prezidenti Əhmədinejadı və onun tərəfdarlarını dəstəkləyənləri tənqid edib."Mən heyrətlənirəm ki, bəzi adamlar, xüsusilə də dindarlar onları (Əhmədinejadı və onun tərəfdarlarını) dəstəkləyirlər. Ən qəribəsi budur ki, həmin insanlar hətta onların əsil məqsədlərini biləndən sonra da bu dəstəyi davam etdirirlər",- o vurğulayıb.
Rəfsancani Əhmədinejad və onun tərəfdarlarının ölkədə yaratdıqları qarışıqlıqların məsuliyyətindən boyun qaçırdıqlarını bildirib. Onun sözlərinə görə, rejim bütövlükdə dağıdıcı siyasət yürüdür.
Rəfsəncani 2013-cü il iyunun 14-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində şəxsən iştirak etməsi barədə məlumat verməyib. Seçkilərdə Konsitututsiya normaları üçüncü dəfə ardıcıl olaraq seçkilərdə iştirak etməyi qadağan olunan ölkənin hazırki prezidenti Mahmud Əhmədnejadın varisi seçiləcək.

AzNews.az