“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları Qəbələnin qədim Nic kəndində olublar. “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları Qəbələnin qədim Nic kəndində olublar.

Diaspor nümayəndələri Qəbələnin Nic kəndində - FOTOLAR

“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları Qəbələnin qədim Nic kəndində olublar.

AzNews.az xəbər verir ki, Yay Düşərgəsinin proqramında bir istiqaməti də tarixi abidələrlə tanışlıq təşkil edir. Bu məqsədlə, düşərgə iştirakçılarının Şəki şəhəri ilə yanaşı, ətraf rayonlara da gəzintiləri təşkil edilib. Gənclər qonşu Qəbələ rayonunun tarixi-görməli yerlərinə səyahətdən olduqca məmnun qalıblar. Onlar udinlərin yaşadığı Nic kəndini gəzib, orada yerləşən mədəni-tarixi abidələri, o cümlədən Müqəddəs Yelisey adına Cotari Kilsəsini ziyarət ediblər. Abidələr haqqında gənclərə ətraflı məlumat verilib.

Xatırladaq ki, Nic şəhər tipli qəsəbədir. Qəbələ-Oğuz avtomobil yolunun kənarında Alazan-Həftəran vadisində ən iri yaşayış məskənidir. Hazırda Nic qəsəbəsində Udin Mədəniyyət mərkəzi fəaliyyət göstərir, burada Alban kilsəsi və digər tarixi abidələr mövcuddur.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description