Moldova “31 Mart“ı andı

Moldovanın "Ekspert" qəzetində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş məqalə dərc olunub. Bu barədə APA-ya Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər.

Məqalədə bildirilir ki, uzun müddət keçməsinə baxmayaraq, 1918-ci ilin hadisələrin araşdırılması hələ də öz aktuallığını itirməyib, 1988-ci ildə başlayan Dağlıq Qarabağ münaqişəsi isə bu uzun qanlı zənciri bir bəndi olub. Məqalədə həmçinin ermənilərin dinc sakinlərə qarşı vəhşiliklərinə, Rusiyada mərkəzi hakimiyyətin zəiflənməsi fonunda onların ölkəmizə qarşı ərazi iddialarına da toxunulub. Məqalənin müəllifi ardınca öz oxucularını 1918-ci ilin martın 31-dən əvvəl və sonra baş verən hadisələrin xronologiyası ilə tanış edir.

Məqalənin sonunda müəllif qeyd edir ki, 30 000 nəfərin həyatına son qoyan bu hadisələr Bakı, Şamaxı, Qubada baş verib. Qəzet əlavə edir ki, bolşeviklərin və daşnakların hərəkətləri Azərbaycanda müstəqil dövlətin yaranmasına qarşı yönəlib. Lakin onların planları 1918-ci ilin mayın 29-da, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı günündə alt-üst olub.

AzNews.az