“Mərhum prezident mütəşəkkil cinayətə qurban gedib” “Mərhum prezident mütəşəkkil cinayətə qurban gedib”

Turqut Özal mütəşəkkil cinayətin qurbanı olub - PROKURORLUQ

“Mərhum prezident mütəşəkkil cinayətə qurban gedib”




Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənərək öldürülməsi ilə bağlı araşdırmalarda hamını şoka salan proses baş verib. Tibbi ekspertiza eks-prezidentin zəhərlənmədiyinə dair rəy versə də, Prokurorluğa görə onun öldürülməsi də, öldürülməsi üçün istifadə edilən yollar da bəllidir.

Türkiyə mətbuatı yazır ki, Ankara baş prokuroru Kamal Çətin bu günlərdə "Ərgənəkon" işində şübhəli general Ləvənt Ərsözün ifadəsini alıb. Məhkəmə Tibbi Ekspertizası bir neçə ay əvvəl Turqut Özalla bağlı rəyində ölüm səbəbinin dəqiq müəyyən edilmədiyini bildirsə də, Ankara prokurorunun generala suallarında Turqut Özalın ölümü ilə bağlı məqamlar da olub.

Belə ki, ifadəsi alınan generala vəzifəsini icra edən prezidentə sui-qəsd və prezidenti öldürmək ittihamları ilə şübhəli şəxs qismində dindirildiyi bildirilib. Bundan başqa Turqut Özalın iqamətgahında səhhəttinin pisləşdiyi, ona müdaxilə üçün həkimin tapılmadığı vurğulanıb. "Mərhum prezident mütəşəkkil cinayətə qurban gedib" kimi ifadələr yer alıb.

İfadə verən generala prezidentin zəhərlənərək öldürülməsində şübhəli bilindiyi və buna görə ifadə verməli olduğu deyilib. Bu isə prokurorluqda ekspertizadan fərqli olaraq T. Özalın öldürülməsi ilə bağlı dəlilin olduğu qənaətini ortaya çıxarıb.

Qeyd edək ki, mərhum eks-prezident 1993-cü il aprel ayının 17-də vəfat edib.

Elnarə Əlosmanqızı
AzNews.az