- Köhnə - Region
- 5 Aprel 2013 20:45
- 1 984
200 əsgər hərbi hissəni özbaşına tərk etdi
200-dın artıq əsgər Gürcüstanda etiraz əlaməti olaraq xidmət etdikləri hərbi hissəni tərk ediblər.
Bu barədə Gürcüstan mətbuatı xəbər yayıb.
Məlumata görə, əsgərlərin bu hərəkətinə səbəb komandirin tualetlərin təmizlənməsi ilə bağlı tapşırığı olub. Əsgərlər yaydıqları bəyanatda "Biz hərb işini öyrənməyə gəlmişik, tualet təmizləməyə yox" deyə vurğulayıblar.
Əsgərlər 15 km yolu piyada getdikdən sonra müxtəlif vasitələrlə evlərinə gediblər. Hərbi məqamlar isə əsgərlərin tapşırıqları yerinə yetirməyərək hərbi hissəni özbaşına tərk etməsini qanunsuz adlandırıblar.
Elnarə
AzNews.az