- Köhnə - Region
- 9 Aprel 2013 19:34
- 2 522
Zəlzələ: 30 ölü, 800 yaralı
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən azı 800 nəfər xəsarət alıb. İranın IRNA rəsmi informasiya agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərləri tamamilə dağıdılıb.
Hadisə yerinə İranın qonşu vilayətlərdən xilasetmə qüvvələri cəlb olunub.
Zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.
AzNews.az