Ölkədə matəm elan olundu

İranın Buşəhr vilayətində zəlzələ qurbanlarının xatirəsinə üçgünlük matəm elan olunub.

APA-nın "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində 31 nəfər ölüb, çoxlu sayda insan da xəsarət alıb.

Vilayətin bir neçə şəhəri – Kaki, Hormuc və Kenqan tamamilə dağıdılıb. Buşəhr vilayətinin qubernatoru açıqlamasında qeyd edib ki, zəlzələ nəticəsində atom elektrik stansiyasına heç bir zərər dəyməyib.

Hazırda zərər çəkənlərin ailələrinə yardım göstərilir.

Zəlzələni episentri Buşəhr Atom Elektrik Stansiyasının 90 kilometrliyinə təsadüf edib və 10 km dərində olub. Yeraltı təkanlar Fars körfəzinin bir neçə ölkələrində hiss olunub.

AzNews.az