İran zəlzələsində nüvə qorxusu

İranın Buşəhr vilayətində onlarla ölü, yüzlərlə yaralının olması ilə nəticələnən zəlzələ ölkədə nüvə qorxusu yaradıb. Ölkədə nüvə mərkəzi kimi tanınan bölgədə baş verməsi təkcə İranda deyil, zəlzələnin hiss edildiyi Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirliklərində də qorxu və həyəcanla qarşılanıb.

İranın yeganə nüvə stansiyasının yerləşdiyi Buşəhrdən isə narahatlıqla bağlı açıqlama gəlib. Məlumata görə zəlzələ Buşəhrdə də hiss edilib, ancaq heç bir dağıntı v tələfata səbəb olmayıb. Rusiyanın tikintisini davam etdirdiyi stansiyada işin fasiləsiz davam etdiyi bildirilir.

Bu arada Buşəhr zəlzələsinin süni olaraq yaradıldığına dair iddialar da ortaya atılmağa başlayıb.


Elnarə
AzNews.az