- Köhnə - Region
- 10 Aprel 2013 09:06
- 2 258
İranda ölənlərin sayı artır- VİDEO
İranın Buşehr şəhəri yaxınlığında ötən gün baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artır
6,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində 37 nəfər ölüb, 850-dən çox yaralı var.
Əsas təkandan sonra bir birinin ardınca 80-ə yaxın təkan qeydə alınıb. Zəlzələ əsas 3 şəhərə ziyan vurub. Ən çox zərərçəkən isə 10 minə yaxın əhalisi olan Kaki şəhəri olub. Dağıntılara məruz qalan digər iki şəhər isə ümumilikdə 50 minə yaxın əhalinin məskunlaşdığı Hormuc və Kenqan olub.
AzNews.az