- Köhnə - Region
- 24 Aprel 2013 20:09
- 3 603
İranın Azərbaycan müəllimlərindən ilginc tələbi
"Azərbaycan Respublikasında tarix özbaşınalığının şahidiyik"
Türmənçay və Gülüstan müqavilələrinin ləğv edilməsi, Qafqazın 17 şəhərinin İrana birləşdirilməsi ilə bağlı iddialar bu dəfə də "İranın qədim tarixinə baxış" adlı konfransda səsləndirilib. Təbrizdə təşkil edilən konfransda Azərbaycan Respublikası əleyhinə bir çox fikirlər səsləndirilib, iddialar yenidən təkrar edilib.
Təbriz Universitetinin tarix müəllimi, universitetinin Tarix və Mədəniyyət Mərkəzinin müdiri Məhəmməd Əli Pərğu konfransındakı çıxışında Azərbaycanda keçirilən bəzi tədbirlərin anti-İran toplantısı olduğunu bildirib. Azərbaycanın tarix müəllimlərini məsələyə münasibət bildirməyə çağıran Məhəmməd Əli Pərği daha da irəli gedərək "Azərbaycan Respublikasında tarix özbaşınalığının şahidiyik və bu da ölkədə hər kəsin öz siyasi və maddi maraqlarına uyğun olaraq tarixi saxtalaşdırmasına səbəb olub. Təəssüf ki, bu arada hazırkı duruma etiraz edən mərhum İrqar Əliyev kimi bəzi insaflı alimlər baykot olunur" deyə iddia edib.
Elnarə Əlosmanqızı
AzNews.az