- Köhnə - Region
- 25 Aprel 2013 09:14
- 2 806
Dövlət qulluqçularına bank hesabı açmaq qadağan edilir
Yeni qanun layihəsi dövlət qulluqçularına xarici banklarda bank hesabı açmağı qadağan edir. Yəni, deputatlar, senatorlar, hökumət üzvləri, prokurorlar, müstəntiqlər, hakimlər, hərbçilər, şəhər və bələdiyyə rəhbərləri xarici banklara pul qoymaq planlarından əl çəkməlidir.
Bu məhdudiyyət həmçinin, həmin şəxslərin həyat yoldaşlarına və yetkinlik yaşına çatmayan övladlarına da aiddir. Rusiyadan kənardakı daşınmaz mülklərə gəlincə, ona sahib olmağa icazə verilir. Lakin qanun qüvvəyə minəndən sonra daşınmaz əmlak sahibləri maliyyə mənbələrini açıqlamalıdır. Yeni qanunları pozanlar vəzifələrindən azad ediləcək.//atvxeber//
AzNews.az