Bakıda SAM-ın təşkilatçılığı ilə QDİƏT-ə üzv dövlətlərin beyin mərkəzlərin beynəlxalq forumu keçirilir Bakıda SAM-ın təşkilatçılığı ilə QDİƏT-ə üzv dövlətlərin beyin mərkəzlərin beynəlxalq forumu keçirilir

“Ermənistan xərçəng şişi rolunu oynayan dövlətə çevrilib“

Bakıda SAM-ın təşkilatçılığı ilə QDİƏT-ə üzv dövlətlərin beyin mərkəzlərin beynəlxalq forumu keçirilir



Bakıda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərin beynəlxalq forumu keçirilir.

APA-nın məlumatına görə, millət vəkili Rasim Musabəyovun moderatorluq etdiyi forumun açılışında çıxış edən Prezident Administrasiyanın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib ki, Cənubi Qafqazda iqtisadiyyatın 75 faizi, əhalinin isə 65 faizi Azərbaycanın payına düşür: "Azərbaycan Qərblə Şərqi birləşdirən əsas nəqliyyat dəhlizidir və ölkəmiz olmadan regionda böyük layihələri həyata keçirmək çox çətindir. Azərbaycan nəinki siyasi-iqtisadi, eləcə də dinlərarası və mədəniyyətlərarası müzakirələrin mərkəzinə çevrilməkdədir".

E. Aslanov həmçinin Cənubi Qafqaz və Qara Dəniz hövzəsi ölkələrində vəziyyətinə toxunub: "Bu, separatçı meyllərin olduğu bir məkandır. Ermənistan isə Cənubi Qafqazda xərçəng şişi rolunu oynayan dövlətə çevrilib. Burada narkotik və qanunsuz silah dövriyyəsinə beynəlxalq aləm tərəfindən nəzarət olunmur. Ona görə də Ermənistanın gec-tez çökəcəyi labüddür. BMT-nin 4 qətnaməsi əsasında Ermənistan silahlı birləşmələrinin Azərbaycanın ərazilərindən çıxarılması təmin olunmalıdır. Biz istərdik ki, Ermənistan bölgədə sülh və sabitliyin yaradılmasında səy göstərən bir dövlətə çevrilsin. Lakin bu baxımdan çətinliklər mövcuddur. Buna baxmayaraq, biz münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Bu olmazsa, Azərbaycanın öz torpaqlarını azad etmək üçün beynəlxalq hüquqla verilmiş çox böyük imkanları var".

SAM-ın direktoru Fərhad Məmmədov isə çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. O regionda mövcud olan vəziyyətə toxunaraq vurğulayıb ki, Azərbaycan regionda ən iri münaqişənin olduğu dövlətdir.

Daha sonra tədbir iştirakçıları müzakirə mövzuları ətrafında çıxış ediblər. Beynəlxalq forum panel müzakirələri ilə davam edəcək və işini sabah başa vuracaq.

AzNews.az