Reyhanlı terrorunda əsas şübhəli şəxs saxlanılıb

Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsində terror aktını təşkil etməkdə əsas şübhəli şəxs ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb



Trend-in məlumatlna görə, bu barədə cümə günü "Hürriyyət" qəzeti xəbər yayıb.

Məlumata görə, şübhəli bilinən şəxs Hatay vilayətinin sakini Mehmət G-dır. Ötən şənbə günü Reyhanlıda partladılan mikroavtobuslar onun adına qeydə alınıb.

Daha əvvəl Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində baş vermiş terror aktlarına dair iş üzrə saxlanılanların sayının 13-ə çatdığı bildirilib.
Reyhanlıda iki minalanmış avtomobil 15 dəqiqəlik ara ilə meriya binasının qarşısında və sənaye rayonunda partlayıb. Nəticədə 46 nəfər həlak olub, 155 adam isə yaralanıb.

AzNews.az